İngiltərədə immiqrantların sayı azalıb

İngiltərədə immiqrantların sayı azalıb

İngiltərədə immiqrantların sayı keçən ilə nisbətən 81 min azalaraq 246 minə düşüb. Bu barədə İngiltərənin Milli Statistika İdarəsi məlumat yayıb. Bildirilib ki, ölkəyə gələnlərin sayı son üç ildə ən aşağı səviyyədədir. Bundan əlavə, Avropa İttifaqı (Aİ) vətəndaşları da ölkədən ayrılır. Aİ ölkələrindən İngiltərəyə gələn miqrantların sayı bu ilin mart ayına qədər 12 aylıq dövrdə 51 min azalıb. Buna səbəb kimi Aİ-dəki referendumun miqrasiyaya təsir etdiyi göstərilir.

Keçən il İngiltərədə “Brexit” referendumu zamanı immiqrantların sayı əsas müzakirə mövzularından biri olub. Miqrasiya mütəxəssisləri vəziyyətin uzun müddət davam etməyəcəyini deyirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə