ABŞ-da prezident seçkiləri ərəfəsində Donald Trampın rəqibi olan Hillari Klintonun 12 sentyabrda çıxması gözlənilən “Nə baş verib” (“What Happened”) kitabında Tramp barədə yazdığı fikirlər müzakirələrə səbəb olub. Axar.az xəbər verir ki, seçki ərəfəsində Donald Trampla debatda iştirak etdiyini deyən Klinton onun hərəkətlərindən çox narahat olduğunu və əsəblərini cilovlamağa cəhd etdiyini yazıb:
“İkinci dəfə idi ki, debat proqramında iştirak edirdik. Bütün dünya iki gün əvvəl Trampın qadınlara qarşı fiziki zorakılıq etməsi ilə lovğalandığını görmüşdü. Verilişdə kiçik bir səhnədə idik və Tramp yerinə oturmur, hara getsəm arxamca gəlir, düz gözlərimin içinə baxırdı. Onun üz ifadəsi çox qəribə idi. Son dərəcə narahatedici bir vəziyyət idi. Tüklərim biz-biz olmuşdu”.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri ərəfəsində Donald Trampın qadınlara qarşı fiziki zorakılıqla məşğul olduğuna dair video və səsyazmaları yayılmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB