“Orta Şərqin Nüvə Silahlarından Uzaqlaşdırılması” MAQATE-də qəbul edilib
Beynəlxalq Atom Enerjisi Təşkilatında (MAQATE) Misirin təqdim etdiyi "Orta Şərqin Nüvə Silahlarından Uzaqlaşdırılması" qərar layihəsi 120 dövlət lehinə olmaqla qəbul edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qərar layihəsinin əleyhinə çıxan olmayıb. Aralarında İsrailin də olduğu 6 dövlət isə bitərəf qalıb.
Səsvermədən sonra mövzu ilə bağlı qısa şərhlər edən bəzi iştirakçı ölkələrin nümayəndələri qərarın qəbul edilməsindən məmnun olduqlarını dilə gətirib. Bölgədə nüvə silahına sahib tək ölkə olan İsrailin "Nüvə Silahların Yayılmasının Qarşısının Alınması Andlaşması"nı (NPT) qəbul etməsi və nüvə mərkəzlərinin yoxlanılmasına icazə verməsi çağırışı yenidən səsləndirilib.
MAQATE-nin toplantısında həmçinin ərəb və digər ölkələrin İsrailin nüvə gücü ilə bağlı birgə təqdim etdikləri qərar layihəsi müzakirə olunacaq. Müzakirələrin sonunda hər hansı bir qərarın qəbul edilib-edilməyəcəyi bilinmir. MAQATE-nin keçən il keçirilən toplantısında ərəb və digər ölkələrin birgə təqdim etdikləri "İsrailin Nüvə Qabiliyyətləri" adlı qərar layihəsi 45-i əleyhinə, 49-u lehinə olmaqla qəbul edilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB