PKK simasını dəyişdirir?

Avqustun 13-də elan etdiyi atəşkəs qərarını 20 sentyabrdan etibarən bir həftə uzadan PKK-da yeni dövr başlayır. SİA-nın "Vatan" qəzetinə istinadən verdiyi məlumata görə, üzunmüddətli atəşkəs üçün müsbət siqnallar verən PKK Habur hadisəsindən sonra kəsilən prosesin davamı üçün səssiz diplomatiyanın dövrəyə girməsi və İmralı ilə təmasların artmasının qarşılığında cəmiyyətə "yeni üzlər"lə həll variantını təqdim etməyi nəzərdə tutur. Qarşıdakı günlərdə terror təşkilatının simvolu olan adların yerinə köhnəlməmiş yeni üzlərin ön plana çıxarılacağı deyilir. Bu adlar təşkilata 2000-ci illərdə qatılmış, universitet məzunları olan təcrübəli adlardan seçiləcək.

 

PKK-in silah buraxması üçün bir müddətdir İrlandiya Respublikaçı Ordusu modelinin müzakirə edilərkən son günlərdə Türkiyədə ETA-İspaniya bənzəri həll axtarışı da gündəmə gəlib. Bask bölgəsinin müstəqilliyini müdafiə edən ETA yeni aktyorlarla yeni bir prosesin başlayacağını ifadə edərək atəşkəs elan etmişdi. Ancaq atəşkəsi tez-tez pozan təşkilat toparlanmaq üçün siyasi qanadı Batasunanı səhnəyə çıxarmışdı. Terrorla əlaqəsini kəsə bilməyən Batasuna isə bağlanılmışdı. PKK-nın lider heyətinin isə İspaniya təcrübəsini tədbiq edərək "silah buraxma və yeni adlarla siyasət" düsturunu eyni anda tətbiq edəcəyi deyilir.

 

İmralı həbsxanasında olan PKK lideri Abdulla Öcalanla görüşlər də xarakterini dəyişib və PKK İmralıdan gələcək yol xəritəsini gözləyir. Demokratik Cəmiyyət Konqresinin (DTK) sədr müavini Aysel Tuğlukun İmralı səfərindən sonra bildirmişdi ki, Öcalanın yeni dövrün kodlarını verməsi gözlənilir. Eyni zamanda PKK-nın ata biləcək addımlarına qarşı da təhlükəsizlik tədbirləri görülür. Bu müddətdə demokratik addımlar da sürətləndiriləcək. Əhməd Türkün başçılıq etdiyi Demokratik Toplum Partiyası da Erbildə planlaşdırılan Beynəlxalq Kürd Konfransına hazırlıq işlərini davam etdirir. Bu konfransa dünyadakı kürd partiyaları və PKK nümayəndələri də dəvət ediləcək. Regional kürd rəhbəri Məsud Bərzani əvvəlki gün qəbul etdiyi və aralarında Leyla Zananın da olduğu qadınlar heyətinə "tarix kürd probleminin güc vasitəsilə həll edilə bilməyəcəyini sübut etdi. Güc bir şey qazandırmaz. Güc tədbiqinin müddəti bitmişdir" deyib. İraq prezidenti Cəlal Təlabani də bir müddət əvvəl PKK-ya silahın yerə qoyulması ilə bağlı çağırış etmişdi.

 

PKK-nın yeni üz axtarışı 17 il əvvəl PKK ilə qeyri-rəsmi icra edilən bazarlığını xatırlatıb. C.Təlabaninin "Öcalan atəşkəsə hazır" mesajından sonra Türkiyənin məhrum prezidenti Turqut Özal və baş nazir Süleyman Dəmirəlin istəyilə Cengiz Çandar və İsmet İsmet görüşə getmişdi. Süleyman Dəmirəlin baş müşaviri İlnur Çevik "Sabah" qəzetinə belə demişdi: "Dəmirəl "atəşkəs elan edərkən yaxşı geyinsin" demişdi. Öcalan atəşkəs elanı üçün təşkil olunan mətbuat konfransında kostyum geyindi, bizim göndərdiyimiz qalstuku taxdı".

Bütün xəbərlər Facebook səhifəmizdə