"İran heç bir zaman Yaxın Şərqdə böhran yaradan ölkə olmayıb." Axar.az xəbər verir ki, bunu Dünya Məscidlər Günü konfransında çıxışı zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds korpusunun komandanı general Qasım Süleymani söyləyib. O, İranın hazırda Yaxın Şərqdə sabitlik mənbəyi olduğunu bildirib:
“Hazırda iki təhlükə ilə üz-üzəyik. Bunlardan biri məzhəb fitnəsi, digəri isə xarici qüvvələrin islam dünyasını təhdid etməsidir. Biz İraqa girəndə neft quyusu axtarmadıq, Kərkük və Mosulu ələ keçirmək niyyətində olmadıq. Biz İraqda heç vaxt pul arxasınca qaçmayacağıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB