Barak Obama: “İsrailin təhlükəsizliyinin qorunması üçün Fələstin dövləti müstəqillik əldə etməlidir”

Barak Obama: “İsrailin təhlükəsizliyinin qorunması üçün Fələstin dövləti müstəqillik əldə etməlidir”

"İsrailin təhlükəsizliyinin qorunması üçün Fələstin dövləti müstəqillik əldə etməlidir". SİA-nın BMT-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bunu Amerikanın prezidenti Barak Obama BMT Baş Assambleyasının sessiyasındakı çıxışında deyib. Onun sözlərinə görə, Yaxın Şərqdə sülhün bərpa olunması üçün Fələstin və İsrail xalqından asılıdır: "Beynəlxalq aləm yalnız sülhün qorunmasında vasitəçi qismində iştirak edə bilər. İsrailin dostu olan insanlar anlamalıdırlar ki, İsrail dövlətinin təhlükəsizliyinin qorunması üçün Fələstin dövləti müstəqillik əldə etməlidir, Fələstinlilərin tərəfində olan şəxslər isə anlamalıdırlar ki, Fələstin xalqının müstəqilliyi yalnız sülh yolu ilə öz həllini tapa bilər".

 

O, İraqda müharibənin sona verəcəyini, terror təşkilatı olan "Əl-Qaida" ya qarşı mübarizənin gücləndiriləcəyini bildirib: "Bizim ümumi mühafizəmizə gəlincə, ABŞ "Əl-Qaidə" terror təşkilatına qarşı effektiv mübarizə aparır. Eyni zamanda İraqda müharibəyə son qoyulacaq. Mən prezident olduqdan sonra Amerika artıq İraqdan 100 mindən çox əsgəri geri çağırıb. Gələn ilin sonuna kimi ABŞ İraqdan bütün ordusunu çıxaracaq".

 

Ağ Evin rəhbəri qeyd edib ki, rəsmi Vaşinqton müttəfiq dövlətlərlə birgə taliblərin zəiflədilməsi eyni zamanda Əfqanıstanda taliblərin güc əldə etmə yollarının qarşısının alınması istiqamətində mühüm addımlar atır.

 

B.Obama bildirib ki, təhlükəli ekstremistlərə qarşı mübarizəni gücləndirməklə ABŞ-ın məqsədi terroristlərin daha təhlükəli silahların əldə etməsi istiqamətində gördükləri işlərin qarşısını almaqdan ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə