Avqustun 20-də yüzlərlə müsəlman İspaniyanın paytaxtı Madridin mərkəzində Barselonada və Kambrilsdə radikal islamçılar tərəfindən törədilmiş terror aktlarına qarşı etiraz aksiyası keçiriblər.
Bu barədə RİA Novosti agentli məlumat yayıb. Məlumata görə, nümayiş “Onlar bizi təmsil etmirlər, biz hamımız terrorizmə qarşıyıq” şüarı altında baş tutub.
Nümayişçilər terror qurbanlarının xatirəsini anıblar, “Biz hamımız terrora qarşıyıq və sülh istəyirik!”, “Bizim adımızdan istifadə etməyin!”, “Terrorun nə vaxtdan dini olub?” kimi şüarlar səsləndiriblər. Aksiya iştirakçıları toplaşdıqları meydana güllər düzüb, şamlar yandırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB