Diyarbəkirdə növbəti partlayış baş verib

Diyarbəkirdə növbəti partlayış baş verib

Türkiyənin Diyarbəkir şəhərinin Sur mahalında partlayış baş verib. Axar.az xəbər verir ki, PKK terrorçularının yola döşədiyi partlayıcı maddə anidən partlayıb. Partlayış zamanı ölən və ya yaralanan olmayıb.

Partlayışdan sonra hadisə yerinə çox sayda polis və hərbçilər cəlb edilib. Daha sonra havadan ərazinin təhlükəsizliyi nəzarətə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə