Ərdoğandan almanlara mesaj: "Lazımi dərsi verəcəyik"

Ərdoğandan almanlara mesaj: "Lazımi dərsi verəcəyik"

"Türkiyə yol ayrıcındadır." Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dənizlidə mitinqdə çıxışı zamanı deyib.

“Bir tərəfdə 1990-cı illərdəki kimi CHP idarəçiliyi altında olan Türkiyənin yenidən zəif olma ehtimalı var, digər tərəfdən isə AKP-nin davam etdirdiyi güclü Türkiyə seçim qarşısındadır. Bəziləri bizi gələcəyə ümidi olmayan keçmiş Türkiyəyə yönləndirmək istəyir. Biz israrla tək millət, tək vətən, tək bayraq, tək dövlət deyirik”, - Ərdoğan bildirib.

Ərdoğan son dövrlər yenidən gərginləşən Almaniya ilə münasibətlərə də toxunub: “Digərləri də terror qrupları ilə hücuma keçir. Amma bacarmayacaqlar. Onlara lazımi dərsi olduqları yerdə verəcəyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə