Livan İŞİD-ə qarşı hücuma hazırlaşır

Livan İŞİD-ə qarşı hücuma hazırlaşır

Livan ordusu Suriya sərhəddində İŞİD terror təşkilatına qarşı hücuma hazırlaşır.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Livan silahlı qüvvələri Raas-Baalbek yaşayış məntəqəsi yaxınlığında İŞİD-ə ağır zərbələr vuracaq. Terrorçulara qarşı hücumda raketlərdən, ağır artilleriya və hərbi helikopterlərdən istifadə ediləcək.

Livan hökuməti çərşənbə günü hərbi əməliyyatın hazırlanmasına dair qərar qəbul edib.

Qeyd edək ki, Livan ordusu son iki həftə ərzində terrorçuarın mövqelərinə ağır zərbələr endirib. Hərbi ekspertlərin fikirincə, bu cür əməliyyatlar Livanın ərazilərini terrorçulardan təmizləmək üçün böyük prosesin başlanğıcıdır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə