Çinin Quansi Cuan muxtar rayonunda davam edən leysan yağışları nəticəsində 10 nəfər həyatını itirib. SİA-nın verdiyi məlumata görə, 11 mindən çox insan təhlükəli ərazilərdən təxliyə olunub. Təbii fəlakət nəticəsində 192 min nəfərin əmlakına ziyan dəyib, bir sıra yaşayış məntəqələrində avtomobil yolları dağılıb, elektrik enerjisi və rabitə əlaqəsi kəsilib.
Yaxın bir neçə gün ərzində yağıntılı hava şəraitinin davam edəcəyi proqnozlaşdırılır.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB