ABŞ nümayəndə heyətinin üzvləri BMT Baş Assambleyasının sessiyasını tərk etdi

İran prezidenti Mahmud Əhmədinejad ABŞ nümayəndə heyətinin əsəblərini tarıma çəkib. SİA-nın verdiyi xəbərə görə, İran prezidenti BMT Baş Assambleyasının sessiyasında çıxış edərkən 11 sentyabr terror aktlarına toxunması səbəbindən ABŞ nümayəndə heyəti BMT Baş Assambleyasının sessiyasını tərk edib. Əhmədinejad çıxışında ehtimallara toxunaraq hadisənin təşkilatçılarının Amerika hökumətində dünya iqtisadiyyatını iflasdan xilas etmək və Yaxın Şərqdə sionist rejimini qorumaq istəyən bəzi şəxslər olduğunu bildirib.

 

Bundan sonra ABŞ nümayəndələrinin ardınca daha bir neçə ölkənin, o cümlədən, Böyük Britaniya, Fransa və İsrail nümayəndə heyətləri də iclas salonunu tərk ediblər.

Qeyd edək ki, çıxışında İran prezidenti müqəddəs kitab "Quran"ın yandırılmasını yolverilməz və insanlığa sığmayan bir hal adlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə