45 İŞİD terrorçusu mәhv edilib

Əfqanıstanın şərqində İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı bir ABŞ hərbçisi həlak olub.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, dәrhal xәstәxanaya çatdırılan әsgәri bütün tibbi müdaxilәlәrә baxmayaraq, xilas etmək mümkün olmayıb.

Nəngərhar Polis İdarәsindәn verilәn mәlumata əsasən, İŞİD-ə qarşı keçirilən əmәliyyat nәticәsindә 45 terrorçu mәhv edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə