Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib

Türkiyənin Sakarya vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qəza nəticəsində 7 nəfər ölüb, 20-dən çox şəxs xəsarət alıb.

Məlumata görə, işçiləri aparan traktor aşaraq dərəyə yuvarlanıb. Ölənlərin sayının artacağı istisna olunmur.

Yaralılar xəstəxanalara yerləşdirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə