Türkiyә İspaniyada törәdilmiş terror aktını pisləyib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Xarici İşlәr Nazirliyinin bəyanatında qeyd olunur. Bəyanatda deyilir:
“Barselonada törәdilmiş terror aktlarını qәti şәkildә pislәyirik. Bütün bəşəriyyəti hədəfə alan bu xain hücumlar nəticəsində həlak olanların ailәlәrinә başsağlığı verir və səbir arzulayır, yaralananlara şәfa dilәyirik.
Terrora qarşı mübarizədə dostumuz və müttəfiqimiz İspaniya ilə həmrəy olduğumuzu və hәr növ dəstəyi verməyə davam edəcəyimizi bir daha təkrarlayırıq”.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB