Türkiyə Xarici İşlər Nazirliyi İspaniyanın Barselona şəhərində baş verən terror aktını qınayan bəyanat yayıb. Axar.az xəbər verir ki, açıqlamada baş verən olayın ən sərt şəkildə lənətləndiyi bildirilib.
“Terror bəlasını bir daha ortaya qoyan və bütün bəşəriyyəti hədəf alan bu mənfur hücumlar zamanı ölənlərin yaxınlarına başsağlığı, yaralılara isə təcili şəfalar diləyirik”, - bəyanatda qeyd edilib.
Qeyd edək ki, Barselona şəhərində baş verən terror hücumunda azı 13 nəfər həlak olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB