Mahmud Əhmədinejad: "Netanyahu istedadlı qatildir"

Mahmud Əhmədinejad: "Netanyahu istedadlı qatildir"

İran prezidenti Mahmud Əhmədinejad İsrailin baş naziri Binyamin Netanyahunu sərt sözlərlə ittiham edib.

SİA-nın məlumatına görə, ABŞ-da CNN televiziyasına açıqlama verən Əhmədinejad Netanyahunun olduqca istedadlı qatil olduğunu söyləyib.

İran prezidenti "Netanyahu fələstinliləri qətlə yetirdiyi, Qəzzanı mühasirədə saxladığı, uşaqları və qadınları öldürdüyü üçün mühakimə olunmalıdır" deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə