ABŞ koalisiyası Rakkada 40 dinc sakini öldürüb

ABŞ koalisiyası Rakkada 40 dinc sakini öldürüb

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın hava qüvvələrinin Suriyanın Rakka şəhərinə endirdiyi zərbə nəticəsində azı 40 dinc sakin ölüb. APA-nın məlumatına görə, dinc sakinlər mərmilərin yaşayış kvartallarına düşməsi nəticəsində ölüb.

Qeyd edək ki, Rakka 2013-cü ildən İSİD terror qruplaşmasının nəzarəti altındadır. Şəhərdə 4 minə yaxın silahlının olduğu ehtimal edilir. Rakka şəhərinin azad edilməsi əməliyyatı 2017-ci il, iyunun 5-də başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə