"Venesueladakı siyasi böhranın sadəcə sülh yolu ilə həll olunmasının tərəfdarıyıq və hərbi müdaxilə təhdidlərinin qəbuledilməz olduğunu düşünürük." Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Boliviya xarici işlər naziri ilə görüşündən sonra baş tutan mətbuat konfransında söyləyib.
“Boliviya ilə Venesueladakı vəziyyətlə bağlı mövqeyimizi müzakirə etdik. Bu ölkədəki ixtilafların ən qısa müddətdə sülh yolu ilə, yerli dialoqla və xarici müdaxilə olmadan aradan qaldırılması məsələsində həmfikirik. Hərbi müdaxilə barədə hədələrin qəbuledilməz olduğunu düşünürük”, - Lavrov bildirib.
Qeyd edək ki, Donald Tramp aprel ayından bu vaxta qədər etirazların davam etdiyi Venesuelaya hərbi müdaxilənin nəzərdə tutulan variantlardan biri olduğunu açıqlamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB