Portuqaliyada 13 nəfər həyatını itirib

Portuqaliyada 13 nəfər həyatını itirib

Portuqaliyada dini mərasim zamanı ağacın insanların üzərinə aşması nəticəsində 13 nəfər həyatını itirib, 49 nəfər xəsarət alıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölənlərdən ikisi uşaqdır, xəsarət alanlar arasında isə xarici ölkə vətəndaşları var.

Faciə ilə əlaqədar Madeyrada üçgünlük matəm elan edilib. Portuqaliya prezidenti Marselu Rebelu di Souza hadisə yerinə baş çəkib. O, bütün Portuqaliya xalqının bu ağrını paylaşdığını söyləyib.

Qeyd edək ki, hadisənin baş verdiyi Madeyra Portuqaliyanın cənub-qərbində yerləşən adalar qrupundakı ən böyük ada və avropalı turistlərin istirahət məqsədilə seçim etdikləri yerdir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə