Rusiyalı milyonçu Aleksey Şapovalov 5 ildir birlikdə olduğu, 2 uşağının anası, model Kseniya Tsaritsina ilə təmtəraqlı toyla evlənib.
SİA-nın rus mətbuatına istinadən məlumatına görə, Moskvada lüks oteldə baş tutan məclisdə Rusiyanın tanınmış iş adamları iştirak edib. Alekseyin toyunda “Eurovision 2015” təmsilçisi Polina Qaqarina və “Leninqrad” rok qrupu səhnə alıb.
Milyonçu xanımına toy hədiyyəsi kimi 70 karatlıq 12 milyon dəyərində üzük bağışlayıb. Kseniya xoş günündə iki fərqli gəlinlik geyinib. Gecədə 8 mərtəbəlki toy tortu və dəbdəbəli salon dekorasiyası diqqət çəkib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB