Nigeriyada terror aktı törədilib

Nigeriyanın cənub-şərqində yerləşən Mayduquri şəhəri yaxınlığında terror aktı törədilib.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə Konduqa kəndində qeydə alınıb. Kamikadze qadının özünü bazarda partlatması nəticəsində 30 nəfər ölüb, 87 nəfər yaralanıb.

Daha iki kamikadzenin bazarın yaxınlığındakı qaçqın düşərgəsinin qarşısında özünü partlatdığı bildirilir. Lakin bu terror aktı nəticəsində ölən olmayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə