Nepalda daşqınlar 91 nəfərin həyatına son qoyub

Nepalda daşqınlar 91 nəfərin həyatına son qoyub

Nepalda daşqınlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 91 nəfərə çatıb. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bundna əlavə 25 nəfər xəsarət alıb, 35 nəfər isə itkin düşmüş sayılır.

Məlumata əsasən, 3 minə yaxın yaşayış evi dağılıb, 3,8 min sosial əhəmiyyətli obyektə zərər dəyib. Xilasetmə-bərpa işlərində 27 min insan iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə