Yunanıstanda meşə yanğınları olub

Yunanıstanda meşə yanğınları olub

Yunanıstanın paytaxtı Afinanın şimalındakı Kalamos kəndində şam meşəsində yanğın baş verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 20 ev yanğından zərər görüb, insanlar evlərini tərk etmək məcburiyyətində qalıblar.

Davam edən yanğının söndürülməsinə 150-dən çox yanğınsöndürən dəstə, 50 yanğınsöndürən vasitə və üç yanğnsöndürən vertolyot cəlb olunub.

Qeyd edək ki, Yunanıstanda yay aylarında meşə yanğınlarına tez-tez rast gəlinir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə