Müqtəda əs-Sədr Ərəb Əmirliyinə səfər edib

Müqtəda əs-Sədr Ərəb Əmirliyinə səfər edib

İraqdakı şiə hərəkatının lideri Müqtəda əs-Sədr Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib. Axar.az xəbər verir ki, sədrin ofisindən verilən açıqlamada onun BƏƏ-yə hökumətin rəsmi dəvəti əsasında əmirliyin təyin etdiyi xüsusi təyyarə ilə getdiyi bildirilib. Açıqlamada səfərin hansı səbəbdən baş tutması və nə qədər davam edəcəyi barədə məlumat verilməyib.

Qeyd edək ki, Müqtəda-əs Sədr bir müddət əvvəl Səudiyyə Ərəbistanına səfər edib.

Bütün xəbərlər Facebook səhifəmizdə