Polis avtomobilinə silahlı hücum edilib

Polis avtomobilinə silahlı hücum edilib

Pakistanın Karaçi şəhərində polis avtomobilinə silahlı hücum edilib.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, silahlı hücuma məruz qalan avtomobildə yüksək vəzifəli polis məmuru və onun mühafizəçisi olublar. Onların hər ikisi hücum nəticəsində həyatını itirib.

Silahlı şəxslərin hadisə yerindən qaçdıqlarını deyən Larik hadisə ilə bağlı araşdırmalar aparıldığını bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə