Rusiya İrana “S-300”lərin satışını qadağan etdi

Rusiya İrana “S-300”lərin satışını qadağan etdi

İranın icra etdiyi nüvə proqramına görə, Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasında qəbul olunan sanksiyalar çərçivəsində Rusiya Tehrana "S-300" zenit-raket komplekslərinin və digər silahların satışını qadağan etdi. İrana ediləcək hər hansı bir hava hücumunun qarşısını ala biləcək "S-300"lərin satışına qoyulan qadağa ilə bağlı İsrail və ABŞ-ın səyləri nəhayət ki, bəhrəsini verdi. SİA-nın "İnterfaks" informasiya agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Dmitri Medvedevin imzaladığı fərmanda "S-300"lərlə yanaşı tanklar, zirehli texnikalar, döyüş təyyarələri, hərbi vertolyotlar, sualtı döyüş gəmiləri də qadağanın əhatəsinə alınıb.

 

İrana qarşı qəbul olunan sanksiyalardan ən çox zərəri isə Rusiyanın silah sənayesinin çəkəcəyi bildirilir. Rusiya 2007-ci ildə imzaladığı 800 milyon dollarlıq "S-300" zenit-raket kompleksinin satışı ilə bağlı razılaşmanı ləğv etməsinə görə İrana 100 milyon dollar təzminat ödəməlidir. Bundan əlavə sanksiyalar və buna görə silah satışı ilə bağlı verilən fərman Rusiyaya yalnız silah ixracatı baxımından 13 milyard dollar itki verəcək. 2001-ci ildən bu yana Tehranın tətbiq etdiyi hərbi modernləşdirmə çərçivəsində 25 milyard dollarlıq silah alışının böyük əksəriyyətini Rusiyadan etməsi gözlənilirdi.

 

İranın nüvə proqramının kifayət qədər şəffaf olmaması və beynəlxalq təşkilatlarla əməkdaşlıq etməməsinə görə, 9 İyun 2010-cu ildə BMT Təhlükəsizlik Şurasında Türkiyə və Braziliyanın qarşı qarşı çıxmasına baxmayaraq, bu ölkəyə dördüncü dəfə sanksiya tədbiq edildi. Fevral ayında Tehranın 20 faiz uran zənginləşdirdiyini barədə açıqlama verməsi böyük reaksiyalara səbəb olmuşdu. Beynəlxalq Atom Anerjisi Təşkilatının son məlumatlarına görə, İranın əlində 2,8 ton aşağı səviyyədə zənginləşdirilmiş uran və 22 kiloqram 20 fazi zənginləşdirilmiş uran var. Ekspertlərə görə bu miqdar Tehranın nüvə silahı əldə etmədi üçün kifayət edir.

 

Ağ Ev Moskvanın silah qadağasını məmnuniyyətlə qarşılayıb. ABŞ Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Maykl Hammer, "1929 saylı BMT Təhlükəsizlik Şurasının qərarına uyğun və güclü bir qadağa məmnuniyyətlə qarşılandı" deyib. Kremlin qəbul etdiyi qərarın ABŞ və Rusiyanın qarşılıqlı maraqları və beynəlxalq təhlükəsizlik məsələlərində əməkdaşlığın davamının bir göstəricisi olduğu deyən mətbuat katibi Rusiya dövlət başçısının nümayiş etdirdiyi mövqe ilə bir liderlik ortaya qoyduğunu bildirib.

 

Rusiyanın razılaşmanı ləğv etməsi ilə Tehrandan sərt reaksiya gəldi. İran müdafiə naziri Əhməd Vahidi "Mehr" xəbər agenliyinə verdiyi açıqlamasında "S-300" zenit-raket komplekslərinə oxşar sistemləri yaxın gələcəkdə istehsal edəcəyini söyləyib. İran prezidenti Mahmud Əhmedinejad da bir müddət əvvəl Rusiyanı tarixi düşmənlərinin arasına qatılmaqda ittiham etmişdi.

 

BMT Təhlükəsizlik Şurasının sanksiya qərarında "S-300" satışının açıq-aydın şəkildə qeyd olunmaması belə bir təəssütar yaratmışdı ki, satış yerinə yetiriləcək. "S-300" razılaşmasının ləğvi ilə əlaqədar şərh verən Rusiyanın NATO-dakı nümayəndəsi Dmitri Roqozin bildirib ki, qərar qəbul olunubsa, deməli bunu yalnız Rusiyanın milli maraqları tələb edib.

Bütün xəbərlər Facebook səhifəmizdə