"Telafər şəhərində hazırda 2 min İŞİD-çi var"

"Telafər şəhərində hazırda 2 min İŞİD-çi var"

İraqın Telafər şəhərində hazırda 2 min İŞİD-çi var. Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın İŞİD-ə qarşı koalisiyasının sözçüsü Rayan Dillon deyib. O, Telafər əməliyyatının xeyli çəkəcəyini bildirib: “Mosul və Rakkanı itirmək üzrə olan İŞİD xeyli aqressivləşir və son gücü ilə müqavimət göstərir. Gəlir qaynaqlarının bir qismindən məhrum olub”.

Dillon onu da əlavə edib ki, koalisiya son 3 ildə İŞİD-ə aid 30 bankı hədəf alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə