Türkiyə XİN Fransa ilə bağlı bəyanat yayıb

Türkiyə XİN Fransa ilə bağlı bəyanat yayıb

Türkiyə Xarici İşlər Nazirliyi Fransanın paytaxtı Parisin Levallois-Perret səmtində yaşanan silahlı hücumu qınayan bəyanat yayıb. Axar.az xəbər verir ki, nazirliyin bəyanatında olay zamanı yaralananlara təcili şəfalar arzu edilib.

“Parisin Levallois-Perret ərazisində 6 hərbçininin yaralanması ilə nəticələnən olaydan dərin kədər hissi keçirdik. Fransız xalqının dincliyini pozmağı hədəfləyən bu hücumu sərt şəkildə qınayırıq”, - deyə qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə