Mixail Saakaşvilinin Rusiyanın Belarusu işğal edəcəyi ilə bağlı verdiyi açıqlama sərsəmləmədən başqa bir şey deyil. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının MDB ölkələri üzrə nümayəndəsi Viktor Vodolaçki deyib.
“Saakaşvilinin söylədikləri sayıqlamadır. Bu, növbəti piar hadisəsi ola bilər. Bu adamın vətəndaşlığı yoxdur. Bu gün o özünə sığınacaq axtarır və güman edir ki, hansısa Qərb xüsusi xidmət orqanı onu öz himayəsinə götürəcək. Ona görə də bu kimi “eksklüziv” siyasi şərhlər verir”, - Duma nümayəndəsi bildirib.
Qeyd edək ki, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Rusiyanın Belarusu işğal edəcəyi iddiası ilə çıxış etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB