Ərdoğan mağazada alış-veriş edib

Ərdoğan mağazada alış-veriş edib

Türkiyənin Güneysu mahalında vətəndaşlarla görüşən Prezident Rəcəb Tayyib Ərdoğan mağazada alış-veriş edib.

Axar.az xəbər verir ki, Trabzondan sonra helikopteri ilə Rizeyə gələn Ərdoğan burada yaşayan vətəndaşlarla söhbət edib, onların problemlərini dinləyib. Prezident uşaqlara oyuncaq hədiyyə etdikdən sonra marketə daxil olaraq onlar üçün şokolad alıb.

Market sahibi Ərdoğanın daha əvvəl də marketdən uşaqlar üçün alış-veriş etdiyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə