ABŞ hərbçiləri İraqın şimalında,Təlafər şəhəri yaxınlığında hərbi baza inşa edir. Bu barədə TASS agentliyi məlumat yayıb. Xəbərdə deyilir ki, baza şəhərin İŞİD terrorçularından azad edilməsi üçün tikilir.
Məlumata əsasən, işlər bitmək üzrədir, hərbi mütəxəssislər artıq işə başlayıb, əraziyə hərbi texnika gətirilib. Baza ətrafında həmçinin hərbi əməliyyata cəlb ediləcək təyyarələr üçün uçuş zolağı inşa olunur. Qeyd edək ki, Təlafər şəhəri üç ildir İŞİD terror qruplaşmasının nəzarəti altındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB