Bodrum bir gündə 490 dəfə silkələnib

Bodrum bir gündə 490 dəfə silkələnib

Türkiyənin Muğla vilayətinin Bodrum şəhərində son 24 saat ərzində 490 yeraltı təkan qeydə alınıb. CNN Türk xəbər verir ki, Bodrumda avqustun 8-də saat 11:42-də 5,1 bal gücündə zəlzələ baş verib. Bundan sonra şəhər maqnitudası zəif və ortagüclü olmaqla 490 dəfə silkələnib. Bu gün 13:25-də baş verən son zəlzələ isə 3,8 bal gücündə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə