Əfqanıstanın paytaxtı Kabildə polis məntəqəsi yaxınlığında partlayıcı ilə yüklənmiş avtomobilin partladılması nəticəsində 1 nəfər ölüb, biri yaralanıb.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə Kabilin Benihisar rayonunda baş verib.
Yerli təhlükəsizlik orqanlarındakı mənbənin sözlərinə əsasən, ölən taksidə olan kamikadze, yaralı isə mülki şəxsdir. Hücumla bağlı məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB