Qondarma Abxaziya respublikasının vitse-prezidentinin evinə silahlı basqın olub
Qondarma Abxaziya respublikasının vitse-prezidenti Aleksandr Ankvabanın evinə silahlı basqın olub. SİA-nın "rian.ru" saytına istinadən verdiyi xəbərə görə, ötən gecə baş verən basqın zamanı qumbara atandan istifadə olunub. A.Ankvab ayaqlarından və qolundan qəlpə yaraları alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Hazırda hadisə yerində əməliyyat-istintaq qrupu işləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB