PKK terrorçuları jandarm bölməsinə hücum ediblər

PKK terrorçuları jandarm bölməsinə hücum ediblər

Türkiyənin Mardin vilayətində PKK terrorçuları jandarm bölməsinə hücum ediblər.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, təhlükəsizlik qüvvələrinin cavab atəşi açması ilə qarşıdurma yaranıb.

Hücum nəticəsində bir əsgər yaralanıb. Yaralı əsgər Nusaybin Dövlət Xəstəxanasına yerləşdirilib.

Qaçan terrorçuların saxlanılması istiqamətində bölgədə əməliyyata başlanılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə