“Taliban” radikal hərəkatın üzvləri dünən axşam Əfqanıstanın şimalında 235 girovu azad edib. Bu barədə “Frans Press” məlumat yayıb. Məlumata görə, aralarında qadın və uşaqların da olduğu girovlar yerli ağsaqqalların və hakimiyyət nümayəndələrinin vasitəçiliyi ilə azad edilib.
Girovluqda qalan dinc sakinlərin dəqiq sayı məlum deyil. Xatırladaq ki, avqustun 7-də İŞİD və “Taliban” silahlıları ölkənin şimalındakı Saı Pul əyalətində 40-dək şəxsi güllələyərək qətlə yetiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB