Ərdoğan açıqladı: "FETÖ 40 il boyunca buna hazırlaşırdı"

Ərdoğan açıqladı: "FETÖ 40 il boyunca buna hazırlaşırdı"

"FETÖ şəbəkəsi 40 il boyunca bu ölkədə çevriliş etmək üçün hazırlıq gördü." Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bəzən yanımıza gəlirlər: Mənim oğlumun günahı yoxdur. O, tərtəmizdir. Onu aldatdılar, - deyirlər. Lakin oğlunun etdiyi dələduzluqdan xəbəri yoxdur. Heç kim “Mən FETÖ-çuyam, mənim tanrım Pensilvaniyadadır” - demir. “Bizə şah damarımızdan daha yaxındır” – deyirlər. Elə bir şey ola bilərmi? Bizə Allahdan başqa şah damarımıza yaxın olan güc yoxdur. 40 il buna hazırlaşdılar. Əsas məqsədləri ölkəni diz çökdürmək idi”, - dövlət başçısı bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə