Finlandiyanın Oulu şəhər sakini olan qadın yanlışlıqla Rusiya lideri Vladimir Putinin səfəri ilə bağlı gizli məktub alıb. Axar.az xəbər verir ki, polislər arasında olan email yazışmaları səhvən həmin qadının elektron poçt ünvanına gəlib.
Həmin məktubda Putinin helikopterlə Savonlina Hava Limanına eniş vaxtı və Finlandiya Prezidenti Sauli Ninistonun da hərəkət marşrutu göstərilib. Şərqi Finlandiya polisinin sözçüsü Arto Tunkunen də olayı təsdiqləyib:
“Məktub bir vətəndaşın elektron poçt ünvanına gəlib. Bu hadisə Putinin helikopterinin enişindən 9 saat sonra baş verib. Yəni təhlükəsizliklə bağlı heç bir problem olmayıb. Məktub çatan an hər iki lider Olavvinlinada opera izləyirdi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB