Pakistanda partlayış olub, 34 nəfər yaralanıb

Pakistanda partlayış olub, 34 nəfər yaralanıb

Pakistanın Lahor şəhərində baş verən partlayış nəticəsində 34 nəfər yaralanıb. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, şəhərin qərb hissəsində yük maşını partlayıb.

Hadisənin səbəbləri hələ ki, məlum deyil. İlkin versiyaya əsasən, yük maşını transformatora çırpıldıqdan sonra partlayış baş verib. Polis avtomobildə quraşdırılmış partlayıcı maddənin işə salındığını istisna etmir.

Bütün xəbərlər Facebook səhifəmizdə