İŞİD terrorçuları Suriya ilə sərhəddə yerləşən Livanın Əl-Kaa bölgəsini raket atəşinə tutub. Bu barədə Livanın NNA agentliyi məlumat yayıb. Terrorçuların sözügedən bölgəyə 3 reaktiv raket buraxdığı bildirilib. Livan ordusu da öz növbəsində terrorçuların mövqeyinə cavab atəşi açıb. Ölən, yaxud yaralılarla bağlı məlumat verilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB