Yaponiyada baş verən güclü qasırğa nəticəsində 2 nəfər ölüb, 42 nəfər xəsarət alıb. Bu barədə RİA Novosti agentliyi məlumat yayıb. Xəbərə görə, ölkənin 9 prefekturasında yaşayan 65 yaxın insana evlərini müvəqqəti tərk etmək tövsiyə olunub.
Ötən gün leysan yağışlar və güclü küləklə müşahidə olunan “Noru” qasırğası Yaponiyanın Yakusima, Taneqasima və Amami adalarında ciddi fəsadlar törədib. Sinoptiklərə görə, bu kimi intensiv yağıntılar 50 ildə bir dəfə olur. Bir sıra ərazilərdə isə küləyin surəti saniyədə 30 metri keçib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB