İraqda Brüsseldə törədilən terror aktının təşkilatçısı kimi tanınan, İŞİD terror təşkilatı ilə əlaqəli şəxs məhv edilib. APA-nın məlumatına görə, bu barədə RTL telekanalı xəbər verib. Məlumata əsasən, Belçika vətəndaşı olan Əbu Həmzə əl-Beljiki Mosul şəhərinin azad edilməsindən sonra İraq hərbçiləri tərəfindən öldürülüb.
Xatırladaq ki, 2016-cı il, martın 22-də Belçika paytaxtının havalimanı və metropolitenində törədilən terror aktları nəticəsində 32 nəfər ölüb, 300-dən çoxu yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB