Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) İstanbul bölgə, yerli polis idarəsi və Terrora qarşı Mübarizə Şöbəsinin birgə fəaliyyəti nəticəsində terrorçu İŞİD qruplaşması adından terror törətməyi planlaşdırmaqda şübhəli bilinən 5 əcnəbi tutulub.
SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, əməliyyat Başakşəhrdə 2 ünvanda keçirilib.
Məlumata görə, onlar Türkiyədə silahlı hücumlar təşkil etməyi planlaşdırırmış. Tutulanların kimliyi və etnik mənsubiyyəti dəqiqləşdirilir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB