ABŞ-da partlayış baş verib

ABŞ-ın Kaliforniya ştatının Fresno dairəsində “Gar Tootelian” kimya zavodunda partlayış baş verib.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, partlayışdan sonra güclü yanğın başlayıb. Yanğının söndürülməsinə 100-dən çox yanğınsöndürən cəlb edilib.

Hadisə zamanı zavod ərazisində bir neçə işçi olub, onlardan heç biri xəsarət almayıb. Yanğın səbəbilə zavoda 2 milyon dollardan çox ziyan dəyib.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə