Venesueladakı hərbi bazaya hücum etmiş iki silahlı şəxs öldürülüb. SİA xəbər verir ki, bu barədə ölkə prezidenti Nikolas Maduro dövlət televiziyasındakı çıxışında deyib. Onun sözlərinə görə, hərbi bazaya hücumda 10 nəfər iştirak edib. Onlardan biri ordu sıralarından fərarilik etmiş leytenantdır, yerdə qalanları isə mülki şəxslərdir. Leytenant və 7 nəfər şübhəli həbs olunaraq istintaqa cəlb ediliblər.
Xəbər verildiyi kimi, bazar günü hakimiyyətə sadiq olan həbrçilərin hərbi bazasına hücum gerçəkləşdirilib. Bu barədə ilk dəfə tvitter hesabında ölkə parlamentinin konstitusiyada islahatlar üçün yaradılmış komissiyasının üzvü Diosdado Kobelyo yazmışdı. Məhz onun xəbərdarlığından sonra hərbçilər hücumun qarşısını almağa müvəffəq olublar.
Bu arada “Associated Press” də məlumat vermişdi ki, hərbi forma geyinmiş bir qrup şəxs özlərini “Karabobo ştatının qiyamçıları” adlandıraraq video müraciət yayıblar. Onlar xəbərdarlıq ediblər ki, kimlər onların tələblərinə qoşulmasalar hərbi hədəf olaraq qiymətləndiriləcəklər.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB