Taliban yaraqlıları Əfqanıstanın Sar-i Pul vilayətində 30 dinc sakini öldürüb. Anadolu agentliyi xəbər verir ki, vilayətin valisi Məhəmməd Zahir Vəhdət terrorçuların Mirzavlanq rayonuna hücum etdiyini deyib.
O, aralarında qadın və uşaqların da olduğu 30 dinc sakinin öldürüldüyünü bildirib. Vali onlarla ailənin terrorçuların zülmündən qaçaraq, rayon mərkəzinə sığındığını vurğulayıb. Qeyd edək ki, Taliban ötən gün Mirzavlanqa hücum edərək, rayonu ələ keçirdiyini bildirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB