ABŞ-ın vitse-prezidenti Mayk Pensin köməkçiləri onun 2020-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməsi xəbərini yalanlayıb. Axar.az xəbər verir ki, bu barədə vitse-prezidentin mətbuat katibi Mark Lotter rəsmi Tvitter hesabında yazıb.
“Vitse-prezidentin namizədliyini irəli sürmə xəbəri tamamilə yanlış və çirkin bir xəbərdir. Bütün bunlar “Nyu York Tayms”ın arzusundan başqa bir şey deyil”, - Lotter bildirib. Vitse-prezident aparatının rəhbəri Nik Ayers də öz növbəsində məlumatı yalan və saxta xəbər adlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB