Osetiya Gürcüstanla sərhədi bağlayıb

Osetiya Gürcüstanla sərhədi bağlayıb

Cənubi Osetiya 6 avqust saat 20:00-dan 9 avqust 7:00-a kimi Gürcüstanla sərhədi bağlayacağını elan edib. Axar.az xəbər verir ki, bu barədə Cənubi Osetiyanın Dövlət Təhlükəsizlik komitəsi bəyanat yayıb.

“Gürcüstanın Osetiyaya təcavüzünün 9-cu il dönümü ilə bağlı keçirilən xatirə tədbirləri səbəbi ilə 6 avqust 20:00-dan etibarən Gürcüstanla Cənubi Osetiya sərhəd keçid məntəqələrinin fəaliyyətinin müvəqqəti dayandırılması nəzərdə tututlur. Buraxılış məntəqələri əvvəlki rejimə 2017-ci il 9 Avqust saat 07.00-dan etibarən qaytarılacaq”, - bəyanatda deyilir.

Qeyd edək ki, 2008-ci il müharibəsindən sonra Moskva Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.

Bütün xəbərlər Facebook səhifəmizdə