Türkiyədə 2530 metrlik tunel istifadəyə veriləcək

Türkiyədə 2530 metrlik tunel istifadəyə veriləcək

Türkiyənin İzmir və Manisa bölgələri arasındakı avtomobil yolu üçün nəzərdə tutulan Sabuncubeli tunelinin tikintisinin 97 faizi başa çatıb.

Axar.az xəbər verir ki, ikitərəfli hərəkət üçün tikilən 2530 metrlik tunelin qalan 264 metrinin başa çatması üçün işlər sürətləndirilib. Bu tunel istifadəyə veriləndən sonra İzmir ilə Manisa arasındakı məsafə avtomobillə 15 dəqiqəyə qət olunacaq. Yeni tunelin cari ilin sentyabrında istifadəyə verilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə